DTX-nın  həbs etdiyi məmur azadlığa buraxıldı
01 iyul 2024 17:38 (UTC +04:00)

DTX-nın həbs etdiyi məmur azadlığa buraxıldı

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi Zakir Sultanov vaxtından əvvəl azadığa buraxılıb.

Lent.az APA-ya istinadən xəbər vereir ki, bu barədə Bakı şəhəri Xəzər rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edib.

Qeyd olunub ki, qərar qəbul olunarkən Z. Sultanovun dəymiş ziyanı tam ödəməsi, cəzasnın çox hissəsinin çəkməsi, islah olunması və Cəzaçəkmə Müəssisənin müsbət rəyi əsas götürülüb.

Qeyd edək ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilmişdi.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfinfən onun dəyən ziyanı ödəməsi nəzərə alınmış, cəza müddəti 5 il 6 aya endirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6156
avatar

Oxşar yazılar