Daha bir baş həkimə CİNAYƏT İŞİ AÇILDI  - SƏBƏB
04 avqust 2021 10:24 (UTC +04:00)

Daha bir baş həkimə CİNAYƏT İŞİ AÇILDI - SƏBƏB

Saatlı rayon mərkəzi xəstəxanasındakı qanunsuzluğa görə araşdırma aparılıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Saatlı rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini-baş həkimi işləyən Adəm Əliyev baş beyin qan dövranının pozulması xəstəliyinə görə müavinət almaq üçün ona müraciət edən qohumuna kömək etmək məqsədilə xəstəxananın digər vəzifəli şəxsləri ilə birlikdə əlbir olaraq sonuncunun adına tibbi sənədləri saxtalaşdırıb. Belə ki, əmək qabiliyyətinin olmaması vərəqələrində göstərilən xəstəxanaların heç birində ambulator və ya stasionar qaydada müalicə olunmadığı halda bununla bağlı bilə-bilə yalan məlumatlar daxil edərək həmin şəxsə 2019-cu il iyunun 1-dən həmin il dekabrın 31-dək Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 2 min 976 manat məbləğində pul müavinətinin ödənilməsini təmin edib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3756
avatar

Mehman Nəbiyev

Oxşar yazılar