Cəlal Harutyunyana HÖKM OXUNDU
07 fevral 2025 17:48 (UTC +04:00)

Cəlal Harutyunyana HÖKM OXUNDU

Ermənistanın Sünik vilayətinin Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin keçmiş komandanı Cəlal Harutyunyana 5 il 5 ay müddətinə cəza verib.

Lent.az-ın "Sputnik-Armenia"ya istinadən məlumatına görə, prokuror hakimlərdən onun 6 il azadlıqdan məhrum olunmasını tələb etmişdi.

Əvvəlcə Qarabağ müharibəsində ölən separatçı ordunun əsgərlərinin valideynləri çıxış edərək, məhkəmədən C. Harutyunyanın 8 il müddətinə həbsxanaya göndərilməsini istəyib.

Qeyd edək ki, C. Harutyunyan ittiham edildiyi epizodlar əsasən 44 günlük müharibə zamanı separatçı ordunun “əks-hücum əməliyyatlarının” uğursuzluqla nəticələnməsi ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar