Bu çaylara  sel gəlib   - FAKTİKİ HAVA -VİDEO
22 iyun 2024 09:05 (UTC +04:00)

Bu çaylara sel gəlib - FAKTİKİ HAVA -VİDEO

Çaylardakı vəziyyətlə bağlı faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a iyunun 22-si saat 8:00-a olan məlumata əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Şəki rayonu ərazisindən axan Kişçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan və Qobustan rayonu ərazisindən axan Ceyrankeçməzçaydan sel keçib.

Milli Hidrometeorologiya Xidmətının Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçir.

O vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1635
avatar

Oxşar yazılar