Bərdədə xırdabuynuzlu heyvanlar oğurlanıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, bir qrup rayon sakini rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Süleyman Şükürov, Şəmistan Hümbətzadə, Fuad İsazadə, Vüqar Vəliyev və Miri Hümbətov saxlanılıb. Araşdırmalarla onların 15 baş xırdabuynuzlu heyvanları oğurlamaqla sakinlərə 4500 manat civarında ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdiyi cinayət əməllərini etiraf edib.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xırdabuynuzlu heyvanlar oğurlayan dəstə tutuldu
Bərdədə qoyun-keçi oğruları tutulub
Oxşar yazılar

Rüşvət alan 3 polis həbs olundu
20 avqust 2025 , 13:19
Azərbaycanlı qadının çürümüş meyiti tapıldı
20 avqust 2025 , 12:50
Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
20 avqust 2025 , 12:21İtkin düşən azərbaycanlı Ukraynada həlak oldu
20 avqust 2025 , 12:11
Bakıda günəş panelləri oğurlandı
20 avqust 2025 , 12:06
Şəkidə restoranda ÖLÜM
20 avqust 2025 , 10:52
Qobustanda FACİƏ: balıqçılar torpaq uçqununun altında qaldı, biri öldü
20 avqust 2025 , 10:00