Əməliyyat zamanı narkotik maddə ilə saxlanılanlar
22 dekabr 2020 14:02 (UTC +04:00)

Əməliyyat zamanı narkotik maddə ilə saxlanılanlar

Baş İdarədən növbəti ƏMƏLİYYAT: 13 kilo narkotik tapıldı-FOTOLENT

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı 13 kiloqrama yaxın narkotik vasitə və 4180 ədəd narkotik xassəli həb qanunsuz dövriyyədən çıxarılıb.
 
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Elvin Səlimbəyli saxlanılıb. Onun üzərinə baxış zamanı 100 qram, yaşadığı mənzildən 1 kiloqram 208 qram heroin, 240 qramdan artıq psixotrop maddə olan metamfetamin, 271 qram tiryək, 660 ədəd preqabalin, 2240 ədəd metadon həbləri və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Elvin Səlimbəyli narkotik vasitələri və həbləri Zaur Abbasov adlı şəxsdən onlayn yolla satmaq məqsədi ilə əldə edib. O, həmin şəxsin bank kartına pul yükləyəndən sonra narkotik vasitələri müəyyən edilən yerdən götürüb.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin onlayn satışı ilə məşğul olan Zaur Abbasov da saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış zamanı 18 qram metamfetamin, 12 qrama yaxın heroin, 80 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışı zamanı pul vəsaitlərinin köçürüldüyü 2 ədəd plastik kart aşkar edilərək götürülüb. Zaur Abbasov isə ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib. O, narkotik vasitələrin satışından əldə etdiyi pulları kart hesablarında toplayandan sonra maliyyə hesabatını həmin şəxsə göndərirmiş.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Zaur Əliyev də saxlanılıb. Onun üzərindən 186 qrama yaxın psixotrop maddə olan metamfetamin, 1 kiloqram 850 qram heroin aşkar edilib. Zaur Əliyevin yaşadığı evdən isə əlavə olaraq 1000 ədəd metadon və 200 ədəd tramadol həbləri, 560 qram heroin və 1 ədəd elektron tərəzi polislər tərəfindən götürülüb.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı İmaməddin Məhərrəmov tutulub. Onun üzərinə baxış zamanı 43 qrama yaxın heroin,
yaşadığı evdən 4 kiloqram 144 qram heroin, 613 qram psixotrop maddə metamfetamin, 3 kiloqram 180 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib.
Həyata keçirilən sonuncu silsilə əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 13 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən satışı qadağan edilmiş 4180 ədəd narkotik xassəli həblər qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin və ölkəmizə gətirilmə mexanizmlərinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2730
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45