Bakıdakı "Şeş-beş" kafesinin sahibi məhkəməyə verildi - SƏBƏB
11 yanvar 2021 11:01 (UTC +04:00)

Bakıdakı "Şeş-beş" kafesinin sahibi məhkəməyə verildi - SƏBƏB

Bakıda karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən "Şeş-Beş" kafesi aşkar edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb. Ora baxış zamanı kafenin sahibi Anar Abdullayev və daha 5 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Kafenin sahibi A.Abdullayevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Mehman Nəbiyev

Oxşar yazılar