Bakıda yaşayış binasında YANĞIN:  yaralanan var
16 iyul 2021 12:19 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN: yaralanan var

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 44 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 8 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

# 1272
avatar

Mehman Nəbiyev

Oxşar yazılar