Bakıda yaşayış binasında YANĞIN:  sakinlər təxliyə olundu
12 mart 2021 09:56 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN: sakinlər təxliyə olundu

Bakıda ikimərtəbəli binada yanğın olub.

Lent.az FHN-ə istinadla bildirir ki, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac, 7 ədəd qoruyucu açar və giriş-çıxış kabelləri 4 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

# 1215
avatar

Mehman Nəbiyev

Oxşar yazılar