Bakıda "Yango"nun  sürücüsü içib "avtoşluq"  etdi - VİDEO
21 aprel 2025 10:19 (UTC +04:00)

Bakıda "Yango"nun sürücüsü içib "avtoşluq" etdi - VİDEO

Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib.

Bu barədə Lent.az-a Bakı Şəhər DYP İdarəsinin məlumat verilib.

Bildirilib ki, Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Chevrolet” markalı, 90-YL-782 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Ağaliyev saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Ağaliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, on beş gün inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1956

Oxşar yazılar

Qubada evdən meyit tapıldı

Qubada evdən meyit tapıldı

30 iyul 2025 , 19:33
Maşın vuran piyada 1 həftə sonra öldü

Maşın vuran piyada 1 həftə sonra öldü

30 iyul 2025 , 19:04
“Şlyapa Zahid”ə hökm oxundu

“Şlyapa Zahid”ə hökm oxundu

30 iyul 2025 , 18:35
"Sədərək" ticarət mərkəzində yanğın

"Sədərək" ticarət mərkəzində yanğın

30 iyul 2025 , 18:22
Naxçıvanda DƏHŞƏT:  ailəsi 36 yaşlı qadının meyitini tapdı

Naxçıvanda DƏHŞƏT: ailəsi 36 yaşlı qadının meyitini tapdı

30 iyul 2025 , 18:19
Qətldə  şübhəli bilinirdi:   polislə danışıqlar zamanı özünü güllələdi

Qətldə şübhəli bilinirdi: polislə danışıqlar zamanı özünü güllələdi

30 iyul 2025 , 17:49
Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi

Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi

30 iyul 2025 , 16:13
Qabil Məmmədova hökm oxundu

Qabil Məmmədova hökm oxundu

30 iyul 2025 , 14:53