Bakıda "Wolt" QİYAMI : 100-dən çox kuryer...- FOTO
22 aprel 2022 13:42 (UTC +04:00)

Bakıda "Wolt" QİYAMI: 100-dən çox kuryer...- FOTO

Bakıda "Wolt" şirkətinin xeyli əməkdaşı etirazlara başlayıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, çatdırılma şirkətinin 100-dən çox kuryer bu gün işə çıxmayıb.

Məlumata əsasən, onlar maaşların artırılmaması ilə bağlı "işçi tətili" ediblər. Digər bir məlumata görə, isə "Wolt" şirkəti artıq xeyli kuryeri işdən çıxarıb.

"Wolt" şirkətinin etiraz edən kuryerləri

# 4287
avatar

Mehman Nəbiyev

Oxşar yazılar