Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Lent.az-a FHN Mətbuat xidmətindən bildirilib.
***
saat 14:53
Bakıda tuneldə boğulanlardan birinin kimliyi məlum olub.
FHN-dən Lent.az-a bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
saat 14:45
Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı bildirilir.
Lent.az-ın məlumatına görə, onlardan birinin cəsədi FHN qüvvələri tərəfindən sudan çıxarılıb.
Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.
Qeyd edək ki, hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.
***
saat 11:37
Bakıda yağan güclü yağışlar nəticəsində iki nəfərin batması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Lent.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda Sabunçu ərazisindəki tuneldə maşının sel sularında batdığı, içində olan iki nəfərin də çıxa bilmədiyi qeyd olunub.
Fövqəladə Hallar Nazirliyindən lent.az -a bildirilib ki, yayılan məlumatla bağlı araşdırma başladılıb.
Qeyd olunub ki, əraziyə FHN qüvvələri cəlb edilib.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək.