Bakıda  TİKİNTİDƏ FACİƏ:   9-cu mərtəbədən yıxılıb öldü
19 avqust 2022 09:36 (UTC +04:00)

Bakıda TİKİNTİDƏ FACİƏ: 9-cu mərtəbədən yıxılıb öldü

Bakıda usta hündürlükdən yıxılaraq ölüb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 58 yaşlı Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

# 3999
avatar

Mehman Nəbiyev

Oxşar yazılar