Bakıda sürücü sərnişini maşından atıb qarət etdi
29 may 2023 11:14 (UTC +04:00)

Bakıda sürücü sərnişini maşından atıb qarət etdi

Bakıda taksi sürücüsü sərnişinə qarşı soyğunçuluq edib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 27-nə keçən gecə Binəqədi rayonu ərazisində taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

# 1947
avatar

Oxşar yazılar