Bakıda gizli işlədilən klubda 21 nəfər cərimələndi -  FOTO
11 yanvar 2021 12:45 (UTC +04:00)

Bakıda gizli işlədilən klubda 21 nəfər cərimələndi - FOTO

Nərimanov rayon Polis İdarəsinin əməkdaşları F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa - playstation” oyun zalı aşkar ediblər. 

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, zala baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Mehman Nəbiyev

Oxşar yazılar