Bakıda ərini öldürməkdə şübhəli bilinən qadın tutuldu - YENİLƏNİB
30 yanvar 2022 21:06 (UTC +04:00)

Bakıda ərini öldürməkdə şübhəli bilinən qadın tutuldu - YENİLƏNİB

Hövsan qəsəbəsində 32 yaşlı  Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.

Suraxanı rayon Prokurorluğundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 31 yaşlı Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. 

G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə, Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. 

***

20:00

Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəsəbəsində 32 yaşlı Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon Prokurorluğundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

19:59

Bakı şəhəri Hövsan qəsəbə sakini, 32  yaşlı Elşən Hadızadə aldığı xəsarətlər vəfat edib.

Lent.az APA-ya istinadla xəbər verir ki,  hazırda araşdırma aparılır.

*** 

19.28

Bakıda arvadın ərini bıçaqlaması hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Qadın həyat yoldaşını bıçaqlayıb. Kişi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18030

Oxşar yazılar

Dayı bacısı qızının  toyunda öldü

Dayı bacısı qızının toyunda öldü

5 aprel 2025 , 23:28
Ticarət mərkəzində mübahisə - Bir nəfər bıçaqlandı

Ticarət mərkəzində mübahisə - Bir nəfər bıçaqlandı

5 aprel 2025 , 22:41
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

5 aprel 2025 , 19:51
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

5 aprel 2025 , 18:56
Salyanda DƏHŞƏT:  fəhlənin barmaqları kəsildi

Salyanda DƏHŞƏT: fəhlənin barmaqları kəsildi

5 aprel 2025 , 16:17
Sumqayıtda silsilə oğurluq  edənlər saxlanıldı

Sumqayıtda silsilə oğurluq edənlər saxlanıldı

5 aprel 2025 , 15:40
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

5 aprel 2025 , 15:19
5 ay əvvəl  müharibədə həlak olan azərbaycanlıların meyitləri TAPILDI

5 ay əvvəl müharibədə həlak olan azərbaycanlıların meyitləri TAPILDI

5 aprel 2025 , 14:43