Bakıda dəhşətli İNTİHAR:  Gənc oğlan özünə od vurdu
26 may 2021 14:57 (UTC +04:00)

Bakıda dəhşətli İNTİHAR: Gənc oğlan özünə od vurdu

Bakıda gənc oğlan intihar edib.

Lent.az-ın məlumatına görə, hadisə mayın 25-də paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 25 yaşlı Qasımov Orxan Elşad oğlu yaşadığı evdə özünə od vurub. Nəticədə yanaraq ölüb.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntiharın hansı səbəbdən baş verdiyi dəqiq bilinmir.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5121
avatar

Mehman Nəbiyev

Oxşar yazılar