Bakıda 40 minlik oğurluq  edən dəstə TUTULDU
06 fevral 2025 12:44 (UTC +04:00)

Bakıda 40 minlik oğurluq edən dəstə TUTULDU

Bakıda evlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif ünvanlarda yerləşən 7 evdən oğurluq edən Kamal Mustafayev, Rüfət Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın saxlanılıb.

Qeyd edək ki, dəstə üzvləri zərər çəkən ev sahiblərinə ümumilikdə 40 min manat maddi ziyan vurublar.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar