Səbail və Nərimanov rayonlarında evlərdən pul oğurlayan 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Səbail və Nərimanov rayonlarında iki zərərçəkən polisə müraciət edərək yaşadıqları evlərdən ümumilikdə 11 min manata yaxın pul oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 40 yaşlı S.Məmmədova və 68 yaşlı A.Qasımov müəyyən olunaraq saxlanılıblar.