Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:20-də Bakı-Qazax yolunun Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Jeep" markalı minik avtomobili yolu keçən piyada, Əmrarx kənd sakini, 16 yaşlı Həsənov Uğur Laçın oğlunu vurub. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.