Azərbaycanlıdan rüşvət alan polis  həbs olundu
25 iyun 2024 18:43 (UTC +04:00)

Azərbaycanlıdan rüşvət alan polis həbs olundu

Sankt-Peteburq şəhərinin Puşkinski rayon Məhkəməsi xüsusilə külli miqdarda rüşvət almaqda təqsirləndirilən Dmitri Smirnovu avqustun 20-dək həbs edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, aprelin 25-də Daxili İşlər Nazirliyinin Puşkinski rayonu üzrə 4-cü polis idarəsinin əməliyyat müvəkkili “Volvo” markalı yük maşınının azərbaycanlı sahibindən saxta siqaretlərlə rüşvət kimi azı 10 milyon rubl (təxminən 193 min manat) tələb edib. Bunun müqabilində cinayət axtarışının əməkdaşı həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi (markalanmadan malların daşınması və satışı) ilə cinayət işi qaldırmayacağına söz verib. 

İstintaq versiyasında qeyd olunur ki, pul təkcə Smirnova deyil, həm də “işçilər arasından naməlum şəxslər dairəsinə” getməli imiş. Kişi razılaşdıqdan sonra polis şöbəsindən buraxılıb. 25 min dollar məbləğində rüşvətin köçürülməsi 4-cü polis idarəsinin yanında xarici avtomobildə baş verib. Polis iyunun 21-də saxlanılıb və həmin gün ittiham irəli sürülüb.

Yükün azərbaycanlı sahibi fidyə üçün lazım olan məbləği həmyerlilərindən borc alıb, lakin onu dərhal qaytara bilməyib. Xüsusən də qaçaqmalçılıq yolu ilə gətirilən tütün yük maşını ilə birgə yoxa çıxıb. İyunun 18-də bir qrup həmyerlisi onunla Moskva rayonunda kafedə qarşılaşıb və döyməyə başlayıb. Onlar polis tərəfindən saxlanılıb.

Dmitri Smirnov və vəkili həbsə etiraz edərək ev dustaqlığı və ya müəyyən hərəkətlərə qadağa qoyulmasını istəyiblər, lakin tələbi rədd edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 30375
avatar

Oxşar yazılar