Daxili İşlər Nazirliyi Cəlilabadda turistlərin qəzaya düşməsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla rayonun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.
***
Cəlilabadda dəhşətli yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, istirahət mərkəzinə turistləri aparan mikroavtobus dağa qalxarkən aşıb.
Nəticədə 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.
Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatları, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.