Sabirabadda 17 yaşlı gənc intihar edib.
Lent.az-ın məlumatına görə, Sabirabad rayonu, Bulaqlı kənd sakini Mirzəyev Elmir Məhəmməd oğlu yaşadıqları evin həyətindəki yarımtikilidə özünü asıb.
Qeyd edək ki, E. Mirzəyev Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olub.
Faktla bağlı Sabirabad Prokurorluğunda araşdırma aparılır.
E. Mirzəyev intihar etməzdən “Whatsapp” paylaşımında intihar edəcəyi ilə bağlı məktub yazıb. O, paylaşımında, “Bəlkə də siz bu statusu oxuyanda artıq mən həyatda olmayacam. Özünüzə yaxşı baxın. Məni dost dediklərinizin məni səhv başa düşməyi öldürdü. Səhv etdiniz və bu ömrünüzün axırına qədər sizi peşman edəcək. Mənimki bura qədərmiş...”, - yazıb.
Tələbənin paylaşımı
Əlibəy Zeynallı