Azərbaycanda ŞOK OLAY:  4 aylıq körpənin mədəsindən vint çıxdı
27 dekabr 2023 11:40 (UTC +04:00)

Azərbaycanda ŞOK OLAY: 4 aylıq körpənin mədəsindən vint çıxdı

Sumqayıtda 4 aylıq körpə vint udub.

Lent.az-ın məlumatına görə, yad cisim udan körpənin həyatı xilas edilib. Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib. Xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb. 

Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən yad cisim olan vintin xaric olunması əməliyyatı uğurla başa çatıb. 

Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5582

Oxşar yazılar