Azərbaycanda qatar 25 yaşlı qadını vurub öldürdü
30 noyabr 2023 15:14 (UTC +04:00)

Azərbaycanda qatar 25 yaşlı qadını vurub öldürdü

Abşeron-Puta dəmiryolunda qatar qadını vurub.

Bu barədə Lent.az “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Məlumata görə, hadisə bu gün saat 09:20-də baş verib. ADY-yə məxsus yol təmiri maşını (drezin) Abşeron-Puta mənzilində hərəkətdə olarkən təxminən 25 yaşlarında qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

“Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə keçməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3771
avatar

Oxşar yazılar