Azərbaycanda qadını döyən məmur MƏHKƏMƏ QARŞISINA ÇIXARILDI  -  YENİLƏNİB
11 iyun 2021 20:40 (UTC +04:00)

Azərbaycanda qadını döyən məmur MƏHKƏMƏ QARŞISINA ÇIXARILDI - YENİLƏNİB

Şəmkirdə qadını döyən məmur məhkəmə qarşısına çıxarılıb. 

Rayon Məhkəməsindən Lent.az-a verilən xəbərə görə, Şəmkir rayon Kür Qəsəbə Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

13:16

Prokurorluq Şəmkirdə saxlanılan vəzifəli şəxslə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi barədə və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımovaya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə, barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb.

V. Vəliyev şübhəli şəxs qismində tutulub.

***

12:59

Şəmkirdə vəzifəli şəxsin qanunsuz əməlləri aşkar edilib.

Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanların əməkdaşları rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyevi saxlayıb.

Rayon Prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətləri aşma) maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6084
avatar

Oxşar yazılar