Azərbaycanda kişi  FACİƏLİ   şəkildə öldü
18 fevral 2022 10:36 (UTC +04:00)

Azərbaycanda kişi FACİƏLİ şəkildə öldü

İmişlidə kişi uçqunun altında qalaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Cəfərli kəndində beton hasarın uçması nəticəsində uçqun altında qalan 38 yaşlı Xələfov Maqsud İlham oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Keçirilən tədbirlər nəticəsində M.Xələfovun meyiti beton plitənin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2208
avatar

Mehman Nəbiyev

Oxşar yazılar