Azərbaycanda bir gündə 6 nəfər İTKİN DÜŞDÜ
11 fevral 2022 16:20 (UTC +04:00)

Azərbaycanda bir gündə 6 nəfər İTKİN DÜŞDÜ

Bakıda 5, Ağdaşda 1 nəfər itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisələrdən biri fevralın 10-da paytaxtın Nərimanov rayonunda baş verib. Rayon ərazisində fəhlə işləyən Lənkəran rayon sakini, 31 yaşlı Əkbərov Rafael Fərahim oğlu Xətai prospektində evinin qarşısından yoxa çıxıb.

Elə həmin gün paytaxtın Nəsimi rayonunda 67 yaşlı Xuraman Edamin qızı Quliyeva yaşadığı N. Məlikov küçəsindəki evdən, Nizami rayonunda 63 yaşlı Ramazan Əsədulla oğlu Davudov E. Süleymanov küçəsindəki evindən, Suraxanı rayonunda 29 yaşlı Lətif Xaliq oğlu Cəfərov yaşadığı Zığ qəsəbəsindəki evdən, Xətai rayonunda isə Torğul Elşən oğlu Haqverdiyev Neapol küçəsindəki yaşadığı evdən çıxaraq gedib, bir daha geri qayıtmayıblar.

Bundan başqa Ağdaş rayonunda 47 yaşlı Mikayıl Ağaəli oğlu Səfərov itkin düşüb.

Aidiyyəti üzrə rayon polis idarələrində faktlarla bağlı axtarışlara başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3645
avatar

Mehman Nəbiyev

Oxşar yazılar