Azərbaycanda axtarışda olan 54 nəfər TUTULDU
23 aprel 2022 10:16 (UTC +04:00)

Azərbaycanda axtarışda olan 54 nəfər TUTULDU

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 66 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər  Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

# 1968
avatar

Mehman Nəbiyev

Oxşar yazılar