Karantin pozulan şadlıq evi
13 oktyabr 2021 09:25 (UTC +04:00)

Karantin pozulan şadlıq evi

“Aysu Palace” şadlıq evinin sahibi toya görə cəzalandırıldı

İsmayıllıda toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorinq keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən monitorinq zamanı “Aysu Palace” şadlıq sarayında pandemiya dövrünün tələblərinə məsuliyyətsiz yanaşıldığı aşkarlanıb. Xidmət personalının tibbi maskadan istifadə etmədiyi, eləcə də karantin rejimindən irəli gələn bəzi qayda və tələblərə əməl olunmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntularına görə obyektin sahibi Ağakərim Dəmirov inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1542
avatar

Mehman Nəbiyev

Oxşar yazılar