Astarada ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Rüdəkənar kənd sakini Hüseyn Kazımov özünə məxsus idarə etdiyi “VAZ2106” markalı maşınla Astara istiqamətində hərəkətdə olarkən 1978-ci il təvəllüdlü piyada Eldəniz Səmədovu vurub. Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb. O, aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.