Arvadını güllələdi,  rəfiqəsini yaraladı, intihar etdi
14 iyun 2024 20:00 (UTC +04:00)

Arvadını güllələdi, rəfiqəsini yaraladı, intihar etdi

Qətldən sonra cinayətkar rayon mərkəzinin kimsəsiz sahil ərazisinə gedib və orada başına atəş açıb.

Ukraynanın Vinnitsa şəhərində kişi şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində iki qadını güllələyib, sonra isə yoxa çıxıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, daha sonra 23 yaşlı müttəhimin meyitini cinayət axtarışı əməkdaşları Cənubi Buq çayının sahilində aşkar ediblər. Bu barədə Milli Polisin Vinnitsa vilayəti üzrə Baş İdarəsindən bildirilib. 

“İyunun 13-də səhər saatlarında həkimlərdən polisə hadisə barədə məlumat daxil olub. Yaralı 19 yaşlı qız təcili yardım çağıra bilsə də, qapını həkimlərə və polisə aça bilməyib, buna görə də hüquq-mühafizə orqanlarının əməkdaşları təcili yardım çağırıblar. Üçüncü mərtəbədəki mənzilə pəncərədən girmək mümkün olub. Hadisə yerində polis güllə yaraları olan başqa bir qurbanın cəsədini tapıb”, - məlumatda vurğulanır.

Qeyd olunur ki, polis əməkdaşları cinayətdə mərhumun ərinin əli olduğunu müəyyən ediblər. Mübahisə zamanı o, mənzildə tapançadan atəş açıb, nəticədə 18 yaşlı arvadı öldürülüb, onun rəfiqəsi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qətldən sonra müttəhim rayon mərkəzinin kimsəsiz sahil ərazisinə gedib və orada başına atəş açıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2754
avatar

Oxşar yazılar