Ana və qızı eyni vaxtda  intihara cəhd   etdilər: Biri öldü
03 fevral 2025 14:43 (UTC +04:00)

Ana və qızı eyni vaxtda intihara cəhd etdilər: Biri öldü

Salaryevskaya küçəsində (Yeni Moskva) hündürmərtəbəli binada yaşayan 58 yaşlı ana və onun 34 yaşlı qızı eyni vaxtda həyatlarına son qoymaq qərarına gəliblər. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, gənc qadın planını faciəli sona çatdırdısa da, pensiyaçını xilas etmək mümkün olub.

Məlub olub ki, 34 yaşlı qadının keçmiş əri qohumlarının qorxunc niyyətindən xəbər tutub. Keçmiş qayınanası ona həftə sonu nəvəsini gətirməməyi xahiş edən mesaj göndərib. "Bizdə ikiqat intihar var", - qadın yazıb və kürəkəni dərhal hüquq-mühafizə orqanlarına siqnal verib.

Mənzilin qapısı sındırılaraq açılanda nənə hələ sağ olub. O, xəstəxanaya yerləşdirilib. Amma artıq qızı reanimasiya etmək mümkün olmayıb.

Qeyd edilir ki, mərhum bir neçə il ardıcıl olaraq psixiatriya klinikasında müşahidə olunub. O, terapiya alıb, amma görünür, depressiyanın öhdəsindən gələ bilməyib. Anasını belə dəhşətli addım atmağa necə ruhlandırdığı sirr olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1242

Oxşar yazılar