Xaçmaza gəlmək istəyən aktiv koronavirus xəstəsi
05 yanvar 2021 10:25 (UTC +04:00)

Xaçmaza gəlmək istəyən aktiv koronavirus xəstəsi

Aktiv koronavirus xəstəsi Xaçmaza buraxılmadı - VİDEO

Xaçmazda yoxlamalar zamanı karantin postundan şəhər ərazisinə daxil olmaq istəyən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, özünütəcrid qaydalarına əməl etməyərək yaşadığı ünvanı tərk edən Şabran rayon sakini Aydın Məmmədov Xaçmaz rayonuna daxil olmaq istəyən zaman saxlanılıb. Qqaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan A.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Aktiv koronavirus ,əstəsi rayona buraxılmadı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503
avatar

Mehman Nəbiyev

Oxşar yazılar