Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış İmişli rayon sakini Yadulla Qurbanov Lənbəran kəndi ərazisində müəyyən edilib.
Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı İmişli rayonuna geri qaytarılıb.