Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayana tütün məmulatı satması faktı aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin mağazanın satıcısı O.Rəhimov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.