Dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu zaman orada olan nazirliyin BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşlarının dərhal gördüyü tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.
Onun Masallı rayon sakini V.Əzimov olduğu müəyyən edilib.