Polisə tabe olmadı, özünü bıçaqladı
10 dekabr 2019 14:06 (UTC +04:00)

Polisə tabe olmadı, özünü bıçaqladı

Dekabrın 9-da saat 20 radələrində Ağcabədi şəhərinin ərazisində Avşar kənd sakini S.Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil üzərində dövlət qeydiyyat nişanları olmadığı üçün Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı S.Xanalıyevin sənədlərinin də olmaması müəyyən edildiyindən avtomobilin müvəqqəti duracağa aparılması bildirilib. O və sərnişini, kənd sakini C.Rəfiyev tabeçilik göstərmədiklərindən hadisə yerinə Post Patrul Xidməti Bölməsinin əməkdaşları çağırılıb. Bu zaman C.Rəfiyev özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz edən xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron, habelə nəqliyyat vasitəsinin yük yerində ona aid 1 ədəd dövlət qeydiyyat nişanı aşkar edilərək götürülüb.

C.Rəfiyev xəstəxanaya yerləşdirilib.

S.Xanalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260

Oxşar yazılar

Sevgilisindən ayrılan oğlan özünü binadan atdı

Sevgilisindən ayrılan oğlan özünü binadan atdı

23 iyul 2025 , 17:46
Füzulidə də yanğın BAŞLADI:  helikopter cəlb olundu

Füzulidə də yanğın BAŞLADI: helikopter cəlb olundu

23 iyul 2025 , 17:35
Şəmkir sakini ölü tapıldı

Şəmkir sakini ölü tapıldı

23 iyul 2025 , 17:31
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

23 iyul 2025 , 17:00
Bakıda 10 nəfərin öldüyü  partlayışın şahidləri DANIŞDI

Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI

23 iyul 2025 , 16:40
Azərbaycanda polisi terrorla şantaj  edən uşaq CƏZALANDIRILDI

Azərbaycanda polisi terrorla şantaj edən uşaq CƏZALANDIRILDI

23 iyul 2025 , 16:33
DSX-nın hərbçisi vəfat etdi

DSX-nın hərbçisi vəfat etdi

23 iyul 2025 , 15:08
Azərbaycan onu Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi

Azərbaycan onu Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi

23 iyul 2025 , 14:42