Cəlilabad sakinindən külli miqdarda narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da Muğan kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Hüseynovun idarə etdiyi “VAZ-21015” markalı avtomobildən 2 kiloqram 630 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.