Mağazalardan oğurluq edən 2 nəfər tutuldu
10 dekabr 2019 18:54 (UTC +04:00)

Mağazalardan oğurluq edən 2 nəfər tutuldu

 

Ağcabədidə silsilə oğurluq edənlər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, bir qrup Ağcabədi rayon sakini müxtəlif vaxtlarda Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus mağazalardan oğurluq edilməsi barədə məlumat verib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini E.Məmmədov və Ağcabədi rayon sakini E.Soltanov saxlanılıb. 

Araşdırmalar zamanı onların rayon ərazisindəki 3 mağazadan 7500 manat dəyərində ərzaq məhsulları və 130 manat nağd pul oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092

Oxşar yazılar

Ucar yolunda iki "Mercedes"  toqquşdu, yaralılar var

Ucar yolunda iki "Mercedes" toqquşdu, yaralılar var

23 iyul 2025 , 18:37
Sevgilisindən ayrılan oğlan özünü binadan atdı

Sevgilisindən ayrılan oğlan özünü binadan atdı

23 iyul 2025 , 17:46
Füzulidə də yanğın BAŞLADI:  helikopter cəlb olundu

Füzulidə də yanğın BAŞLADI: helikopter cəlb olundu

23 iyul 2025 , 17:35
Şəmkir sakini ölü tapıldı

Şəmkir sakini ölü tapıldı

23 iyul 2025 , 17:31
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

23 iyul 2025 , 17:00
Bakıda 10 nəfərin öldüyü  partlayışın şahidləri DANIŞDI

Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI

23 iyul 2025 , 16:40
Azərbaycanda polisi terrorla şantaj  edən uşaq CƏZALANDIRILDI

Azərbaycanda polisi terrorla şantaj edən uşaq CƏZALANDIRILDI

23 iyul 2025 , 16:33
DSX-nın hərbçisi vəfat etdi

DSX-nın hərbçisi vəfat etdi

23 iyul 2025 , 15:08