3 yaşlı uşaq hündürmərtəbəli binadan  yıxılıb öldü
15 avqust 2025 23:53 (UTC +04:00)

3 yaşlı uşaq hündürmərtəbəli binadan yıxılıb öldü

Rusiya Federasiyasında bədbəxt hadisə nəticəsində 3 yaşlı uşaq ölüb.

Lent.az xəbər verir ki, hadisə Moskva şəhərində qeydə alınıb.

3 yaşlı Amiral Seyidov ehtiyatsızlıqdan hündürmərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, uşağın atası əslən Cəlilabad rayonundandır.

O, uzun müddətdir ki, Rusiyada yaşayır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar