21 yaşlı oğlan özünü kanala atıb öldürdü - BƏRDƏ ŞOKDA
24 sentyabr 2021 12:51 (UTC +04:00)

21 yaşlı oğlan özünü kanala atıb öldürdü - BƏRDƏ ŞOKDA

Bərdədə kanalda batan şəxsin intihar etdiyi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Bərdə şəhər sakini 21 yaşlı Əhmədov Vüsal Vahid oğlu sentyabrın 23-ü axşam saatlarında rayonun Alpout kəndinə gedərək özünü Yuxarı Qarabağ kanalına atıb. 

Onun niyə intihar etdiyi hələlik məlum deyil.

Hazırda onun meyitinin tapılması istiqamətində axtarış işləri davam etdirilir.

***

Saat: 12:29

Bərdədə 1 nəfər kanalda batıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan müraciətdə bildirilib. Qeyd olunur ki, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4953
avatar

Mehman Nəbiyev

Oxşar yazılar