2 “Jiquli” toqquşdu, 1 nəfər...
29 mart 2023 00:34 (UTC +04:00)

2 “Jiquli” toqquşdu, 1 nəfər...

Lənkəranda 2 avtomobilin toqquşması 1 nəfərin xəsarət alması ilə nəticələnib.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə gecə saatlrında Lənkəran-Boradigah yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində baş verib.

"VAZ-2107" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər - 1995-ci il təvəllüdlü  Rüstəm Yusif oldu Salmanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
 

# 810
avatar

Oxşar yazılar