16 yaşlı qızı 400 nəfər zorladı
17 noyabr 2021 18:48 (UTC +04:00)

16 yaşlı qızı 400 nəfər zorladı

Hindistanın qərbində 16 yaşlı qız yüzlərlə kişi tərəfindən yüzlərlə dəfə zorlandığını iddia edəndən sonra ən azı yeddi kişi həbs edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Hindistan Uşaqların Müdafiəsi Komitəsinin (CWC) noyabrın 11-dəki bəyanatında evsiz bir qızı Maharaştran ştatının Bid rayonunda 400 nəfərin zorladığını açıqlayıb. Komitə sədri Abhay Vitthalrao Vanavenin sözlərinə görə, qız onu zorlayanların arasında iki polisin də olduğunu qeyd edib. 

Vanavenin dediyinə görə, qız avtobus dayanacağında pul istəyəndə məcburən cinsi əlaqəyə girməyə məcbur edilib.

Təcavüzkarların sayını təsdiqləmək çətin olsa da, o, ən azı 25 cinayətkarı müəyyən edə bilər.

Qız onu döyməkdə ittiham etdiyi şəxs barəsində polisə şikayət etmək istəsə də, polis onu qeydə almayıb.

Qız polisə bildirib ki, 13 yaşında onu zorlayan 33 yaşlı kişiyə ərə veriblər. Onun sözlərinə görə, o, həm də atası tərəfindən cinsi zorakılığa məruz qalıb və nəticədə hər iki evi tərk edib avtobus dayanacağında yatmağa məcbur olub.

Qadın hüquqları müdafiəçisi Yoqita Bhayana deyib ki, bu, “tarixin ən faciəli zorlama hadisəsidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5406
avatar

Oxşar yazılar