12 yaşlı qız atasının ad günündə özünü öldürdü
06 avqust 2024 14:08 (UTC +04:00)

12 yaşlı qız atasının ad günündə özünü öldürdü

Rusiyanın paytaxtı Moskvada 12 yaşlı qız intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 5-də axşam saatlarında Nekrasovskaya küçəsində baş verib. İntiharın motivi istintaq tərəfindən müəyyən edilir, lakin ehtimala görə, səbəb məktəbli qızın kövrək psixi balansı olub.

Məlumata görə, atası avqustun 5-də ad gününü qeyd edib. Lakin həmin gün qızının anası olan keçmiş həyat yoldaşını məclisə çağırmayıb.

Qızın nənəsi deyib ki, son bir ildə qız ailəsindən uzaqlaşıb və hər şeyə dərin biganə olub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946
avatar

Oxşar yazılar