Almatıda 7 yaşlı azərbaycanlı qızın qatili həbs edilib
04 may 2009 10:30 (UTC +04:00)

Almatıda 7 yaşlı azərbaycanlı qızın qatili həbs edilib

Aprelin 19-da Almatı şəhərində itkin düşən və meyiti aprelin 28-də məzarlıqda tapılan 7 yaşlı azərbaycanlı Aysel Rəsulovanı qətlə yetirən şəxs həbs edilib.

Almatı Daxili İşlər Departamentinin kriminal polisinin rəisi Amangəldi Şiderkulovun APA-nın Qazaxıstan və Mərkəzi Asiya respublikaları üzrə müxbirinə verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində qatil mayın 2-də yaxalanıb. O, istintaqa ilkin ifadəsində bildirib ki, aprelin 19-da ata-anasının dəfn olunduğu məzarlığa Pasxa payı yığmağa gedib və orada Ayseli görüb. Ayselin qulağındakı qızıl sırğanı çıxarmaq istəyən cinayətkar onu digər qəbristanlığa apararaq planını həyata keçirib. Uşağın qulağından sırğasını çıxaran qatil onu iplə boğub, öldüyünə əmin olmaq üçünsə şüşə parçası ilə boğazının damarını kəsib. O, sırğaları götürərək xalasına verib.

İstintaq sirri olduğundan A. Şiderkulov qatilin adını açıqlamasa da, 19 yaşlı bu adamın daimi yaşayış yerinə malik olmadığını (“bomj”) söyləyib. Ayselin qulağından çıxarılan sırğanın qiyməti 25-30 dollar dəyərində olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893

Oxşar yazılar