“Ekstazi işi”ndə prokuror təqsirləndirilənlərə cəza istədi
30 mart 2009 11:30 (UTC +04:00)

“Ekstazi işi”ndə prokuror təqsirləndirilənlərə cəza istədi

O, İlhamə Quliyevanın oğlunun kifayət qədər cəza çəkdiyini bildirib

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Nəriman Ələkbərov təqsirləndirilən şəxslərə iş istəyib. Prokuror məhkəmədən Orxan Nadirovun 2 il, Yalçın Həsənovun 9 il, Həsən Həsənovun 8 il, Ruslan Rüstəmovun 8 il, Ruslan Zalıyevin 5 il, Vüqar Əliyevin 5 il, Cavid Əliyevin 5 il, Ramil Həsənovun 1 il 6 ay, Kəmalə Eyvazovanın 1 il, Elşən Budaqovun 1 il 6 ay, Mirəli Əliyevin 1 il 6 ay, Zübayə Qulaminin 7 il 3 ay, Əli İsmayılovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı O. Nadirovun indiyə qədər çəkdiyi cəza ilə kifayətlənilməsini də xahiş edib.


Proses günün ikinci yarısında davam etdiriləcək.

Xatırladaq ki, ittiham aktına əsasən Orxan Nadirov, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1387

Oxşar yazılar