Kəmaləddin Heydərov və Ramil Usubov fəlakət bölgəsindədirlər
08 may 2010 12:00 (UTC +04:00)

Kəmaləddin Heydərov və Ramil Usubov fəlakət bölgəsindədirlər

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubov Kür çayında baş vermiş daşqınların fəsadlar törətdiyi ərazidədirlər.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nazirlər fəlakətin nəticələrinin aradan qaldırılması üçün yaradılmış operativ qərargahda olub, işlərin gedişi ilə maraqlanıblar.


Qeyd edək ki, subasma nəticəsində artıq Sabirabad rayonunun Şirvanla əlaqəsi tam kəsilib. Kürdə suyun səviyyəsi qalxmaqda davam edir. Daşqınlarla əlaqədar artıq Sabirabad rayonunun 9 kəndinin əhalisinin evakuasiyasına başlanılıb.

Hazırda ərazidə xilasetmə əməliyyatlarını davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429

Oxşar yazılar