Neft Akademiyasındakı qətliamla bağlı məhkəmə başladı
Aprelin 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər Cavidan Amirov, Nadir Əliyev, Nəcəf Süleymanov və Ariz Qabulovdur. İclasda təqsirləndirilən şəxslərin hamısı cinayət işinin ibtidai istintaqa qaytarılması və müstəntiq Fəxrəddin Pənahovun məhkəməyə dəvət olunması barədə vəsatət qaldırıb.
Məhkəmə heyəti qərar vermək üçün müşavirəyə gedib. Müşavirədən sonra vəsatətlərin indiki mərhələdə təmin olunmaması barədə qərar verildiyi elan edilib və məhkəmə baxışı aprelin 21-ə təyin olunub.
2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.
Qeyd edək ki, Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Fərid Əkbərov

Oxşar yazılar

Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada öldü
18 avqust 2025 , 09:56
Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu
18 avqust 2025 , 09:50
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək paylaşan turistlər saxlanıldı
18 avqust 2025 , 09:26
Astaradakı qətllə bağlı şübhəli bilinən şəxs tutuldu
18 avqust 2025 , 09:14
Bakıda şəhid məzarına hörmətsizlik edən ƏRƏBLƏR saxlanıldı - VİDEO
18 avqust 2025 , 02:36
Naxçıvanda iki maşın toqquşdu - Biri dərəyə aşdı
18 avqust 2025 , 01:54
Mikroavtobusun vurduğu 50 yaşlı kişi xəstəxanada öldü
17 avqust 2025 , 23:07