Şabranda iki yaşlı qız quyuda boğuldu
10 aprel 2010 17:00 (UTC +04:00)

Şabranda iki yaşlı qız quyuda boğuldu

Həyətlərindəki quyuya düşən qız boğularaq ölüb

Aprelin 10-da Şabran rayonunda (keçmiş Dəvəçi) 2 yaşlı qız uşağı ehtiyatsızlıq səbəbindən ölüb. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Güləndi kənd sakini Sara Məmmədova həyətlərindəki su quyusunda boğulub.

Məlumata əsasən, Sara həyətlərində oynayarkən su quyusuna düşüb. Valideyinləri hadisəni görmədiyi üçün qız quyudan xilas edilməyib. Aprelin 25-də 2 yaşını qeyd etməyə hazırlaşan Sara yaşına 10 gün qalmış ölüb.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427

Oxşar yazılar